Bir gündə 68 mindən çox vaksin vuruldu - Son statistika

17:26 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 68 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 121 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.

 

Bütün xəbərlər