Neft ucuzlaşır, Brent bir barelə $79,16 təşkil edir

09:50 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Əvvəlki sessiyanın yekunları üzrə artımdan sonra bazar ertəsi ticarəti zamanı neftin etalon markalarının qiyməti azalır.

Saat 9:05-də London ICE Futures birjasında Brent neftinin dekabr fyuçersi $0,12 (0,15%) ucuzlaşaraq bir barelə $79,16  təşkil edib. Oktyabrın 1-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersi $0,97 (1,24%) yüksələrək bir barelə $79,28 təşkil edib.

Saat 9:05-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin noyabr fyuçersinin qiyməti $0,13 (0,17%) azalaraq bir barelə $75,75 təşkil edib. Oktyabrın 1-də baş tutmuş hərracların nəticələrinə görə, noyabr ayına fyuçers 0,85 (1,13%) artaraq bir barelə $75,88 təşkil edib.

 

Bütün xəbərlər