Təhsil işçiləri üçün AccessBank-dan özəl kampaniya

14:01 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. AccessBank 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə yeni nağd kredit kampaniyasına start verir. Oktyabr ayını əhatə edən kampaniya çərçivəsində təhsil işçiləri 30.000 AZN-dək nağd krediti AccessBank-dan komissiyasız, sığorta haqqı olmadan və 36 ay müddətinədək əldə edə bilərlər. Təhsil işçilərinə hədiyyə olaraq kredit kartı da təqdim ediləcək.

Sifariş etmək üçün linkə daxil olmaq olar.

Kampaniya oktyabr ayının 29-dək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) əldə etmək mümkündür.

Bütün xəbərlər