330x110
 

Xalqımıza təşəkkürümü bildirirəm ki, yumruq kimi birləşib orduya dayaq oldu - Prezident

04.10.2021,15:12


4 oktyabr, Fineko/abc.az. Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığı görünür.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, buraya gələn hər kəs bunu görür və görəcək.

"Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir. Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”