Neft bahalaşır, Brent bir barelə $81,46 təşkil edir

10:11 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. OPEC+ dövlətlərinin daha öncə qəbul edilmiş neft hasilatının artırılması planını saxlamaq qərarına əsasən, etalon markaların qiymətləri ötən gün 2%-dən çox sıçrayışdan sonra çərşənbə axşamı ticarətdə artır.

Saat 9:55-də London ICE Futures birjasında satılan Brent markalı neftin dekabr fyuçersi $0,20 (0,25%) bahalaşaraq bir barelə $81,46 təşkil edib. Oktyabrın 4 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersinin qiyməti $1,98 (2,50%) artaraq bir barelə $81,26 təşkil edib.

Saat 9:55-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin noyabr fyuçersinin qiyməti $0,13 (0,17%) artaraq bir barelə $77,75 təşkil edib. Oktyabrın 4-də baş tutmuş hərracların nəticələrinə görə, noyabr ayına fyuçers на $1,74 (2,29%) artaraq bir barelə $77,62  təşkil edib.

Bu plana əsasən, OPEC+ ölkələri noyabr ayında neft istehsalını sutkada 400 min barrel (b/s) artıracaqlar. İclasdan əvvəl gələn ay hasilatın daha enerjili artırılması variantı nəzərdən keçirilirdi - dekabr ayına olan əvvəlki plan saxlanıldıqda 800 min b/s.

Ekspertlər hesab edirlər ki, OPEC+ - in hasilatını artırmaq qərarına gəldikdən sonra dünyada neft ehtiyatları ayda yalnız 400 min b/s səviyyəsində düşməyə davam edəcək.

 

Bütün xəbərlər