Türkiyədə ən çox nələr bahalaşıb? – Siyahı

10:18 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Türkiyədə bəzi qida və məhsulların bahalaşdığı nəzərə çarpıb.

ABC.AZ-ın məlumatına görə, son 1 ildə Türkiyədə ən çox qida və spirtsiz içkilər (28,79%), ev əşyaları (23,27%), restoran və otel xidmətləri (23,27%) bahalaşıb.

Türkiyədə son 1 ildə əyləncə 12,45%, geyim və ayaqqabılar isə 7,32% bahalaşıb. 2021-ci ilin avqust ayı ilə müqayisədə sentyabr ayında Türkiyədə təhsil 5,15%, ev əşyaları 3,33% və daşınmaz əmlak 2,34% bahalaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər