Tokio birjasında geriləmələr baş verib - Səbəb

10:29 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Asiyanın ən böyük birjası olan Tokio Birjasında ticarət sessiyası zamanı kotirovkalarda kəskin azalma baş verib.

ABC.AZ xəbər verir ki, geriləməyə səbəb kimi neft qiymətlərinin yüksəlməsinin koronavirus pandemiyasından sonra qlobal iqtisadiyyatın bərpasına zərbə vura biləcəyi qorxusu ilə əlaqəndirilir.

Birjanın əsas indeksi olan Nikkei 3,45% azalaraq 27 462,71 bənd səviyyəsinə düşüb. Elit şirkətlərin səhm qiymətlərini əks etdirən daha geniş TOPIX indeksi 2.22% geriləyərək 1.2020 bəndədək düşüb.

 

Bütün xəbərlər