Xarici turistlər Azərbaycanda 190,9 milyon manat, xaricdəki azərbaycanlı turistlər isə 179,5 milyon manat xərcləyiblər

14:09 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Xarici vətəndaşlar cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat xərcləyiblər.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir ki, ümumilikdə iki ay ərzində  bank kartları vasitəsilə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

“Keçən ilin analoji dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənmişdir”, - məlumatda belə deyilir.

2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdir.

Eyni zamanda, Azərbaycan vətəndaşları yanvar-fevral aylarında 179,521,339 manat xərcləyiblər ki, bu da xaricilərin Azərbaycanda xərclədiyi vəsaitlərindən 11,406,360 manat azdır.

 

Bütün xəbərlər