Prezident Ağdərədən danışdı

14:28 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. "Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?!".

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı deyib.

O qeyd edib ki, biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini - bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik.

“Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik", - deyə İ. Əliyev bildirib.

Bütün xəbərlər