Prezident yol tikintisi üçün pul ayırdı - Sərəncam

15:41 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalyıb.

ABC.AZ xəbər verir ki, Sərəncam ilə, Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə 2021-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb. 

 

Bütün xəbərlər