Neftin qiyməti 100 dolları keçə bilər - Proqnoz

15:55 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Kanadanın sərmayə bankı "TD Securities" tərəfindən hazırlanan hesabata görə, OPEC+un 4 oktyabrdakı yığıncaqda neft istehsalının artırılması kvotası planını dəyişdirməməsinin ardından Brent neftin qiyməti 100 dollar ola bilər.

ABC.AZ xəbər verir ki, Bank bunun səbəbini də açıqlayıb.

Belə ki, bankın qiymətləndirməsinə görə, koronavirusun Delta variantı ilə əlaqəli risklərin mülayim qaldığı, hava yolları ilə uçuşların bərpasının da neftə tələbi artırdığı qeyd edilib. Trendin davam etməsi halında Brent neftində növbəti səviyyənin 100 dollar ola biləcəyi qeyd edilib.

Qeyd edək ki, OPEC+un dünən axşamkı qərarının ardından Brent neftinin qiyməti 81 dolları keçib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər