Müqaviləsiz işə cəlb etməyə görə cərimələndilər - Detallar

16:14 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 207 monitorinq həyata keçirilib.

ABC.AZ xəbər verir ki, monitorinqlər zamanı 7848 nəfər yoxlanılıb və bu işçilərdən 1426 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib.

Yoxlanılmış işçilərin 379 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 154 işəgötürən üzrə, 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı isə 45 işəgötürən üzrə pozuntu halı qeydə alınmışdır. Qeydə alınmış pozuntu halları üzrə, ümumilikdə 1,900,000 manat məbləğində cərimə və sanksiya tətbiq edilib.

 

Bütün xəbərlər