Baku-Oxford School-da bir neçə sinif distant təhsilə keçdi

11:12 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.

 

Bütün xəbərlər