Azərbaycanda vergi ödəyicilərinin sayı 5% artıb - Nazir

11:33 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov mühüm açıqlamalar verib.

ABC.AZ-ın məlumatına görə, nazir bu ilin 9 ayında Azərbaycanda vergi ödəyicilərinin sayının 5% artdığını vurğulayıb:

"Qlobal səviyyədə, o cümlədən ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı biznesə verilən dəstək, eləcə də vaksinasiya beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı proqnozlarına təsir edib və onlar bu il üçün iqtisadi artım proqnozlarımızı yaxşılaşdırıblar. Ümumilikdə, son 10 ildə ölkədə aparılan struktur islahatları, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft-qaz sektorunu iqtisadiyyatın aparıcı inkişaf amilinə çevrilib, ümumi daxili məhsulun (ÜDM) tərkibində onun xüsusi çəkisi 48%-dən 70%-ə çatıb”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər