330x110
 

Sənaye zonalarına bu qədər sərmayə qoyulub - Nazirdən açıqlama

06.10.2021,11:41


6 oktyabr, Fineko/abc.az. Azərbaycanın sənaye zonalarında istehsalın ümumi dəyəri 4,3 milyard manatdan çox olub.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, sənaye zonalarına qoyulmuş sərmayələrin ümumi məbləği isə 6,1 milyard manatı keçib.

“Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib. Son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb”, - deyə M.Cabbarov qeyd edib.