Ərzaq məhsulları 27 faiz bahalaşıb - Dünyada nə baş verir?

14:45 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Hazırda dünyada ərzaq məhsulları 27% bahalaşaraq son illərin rekord həddinə çatıb.

ABC.AZ Rusiyanın nüfuzlu xəbər portallarına istinadən xəbər verir ki, qiymət artımı təkcə meyvə-tərəvəz, süd məhsullarında yox, həm də gübrə və yem qiymətlərində hiss olunur.

Bahalaşmanın daha çox kartofda təqribən 1,77% olduğu müşahidə edilib.

Ekspertlər isə alıcılıq qabiliyyətinin sərhədsiz olduğunu, bunun isə öz növbəsində müəyyən səviyyədən sonra stabilləşməyə gətirib çıxaracağını vurğulayırlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər