Qeyri-neft ixracımız 40,9% artıb - Hesabat

15:27 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Azərbaycanın ixracı 14,6  mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər “İxrac icmalı”nın oktyabr sayında öz əksini tapıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrünə nisbətən 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb.

Belə ki, 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər