16:08 - 6.10.2021
6 oktyabr, Fineko/abc.az. “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır.
ABC.AZ xəbər verir ki, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Petr Mixalko Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Avropalı diplomat qeyd edib ki, biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik.
Petr Mixalko bildirib ki, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərlərinə rol götürməyə də hazırdırlar: “Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik. Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir”.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024