Azərbaycanda bu qaydalar dəyişdi - Baş nazir qərar imzaladı

16:22 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Nazirlər Kabineti “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” 2 avqust 2002-ci il tarixli, “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 28 fevral 2003-cü il tarixli və “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 mart 2019-cu il tarixli qərarlarında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.

Bütün xəbərlər