Azərbaycan nefti bahalaşdı

14:54 - 10.04.2018


10 aprel, Fineko/abc.az. “Azəri LT CIF” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,21 dollar (1,75%) qalxıb.

“Azəri LT CIF” markalı xam neftin qiyməti hazırda bir barelə 70,34 dollar təşkil edir.

“Azəri LT” neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) müşahidə olunmuşdur.

 

Bütün xəbərlər