Belçika şirkətləri Azərbaycanın bərpa olunan enerji hərracında iştirak edə bilər

17:08 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Pərviz Şahbazov və Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans arasında görüş keçirilib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpa olunan enerji sahəsi üzrə inkişafı perspektivlərindən bəhs edilib.

Belçika şirkətlərinin bərpa olunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.

 

Bütün xəbərlər