Rusiya Bankı Avropada ən yaxşısı oldu

17:33 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Oktyabrın 5-i “Sber”in adi səhmləri Moskva birjasında 350 rubl həddini keçərək tarixi maksumumu yeniləyib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bundan sonra şirkətin kapitallaşması (imtiyazlı səhmlər də daxil olmaqla) 7.96 trilyon rubla çatıb.

Qeyd edək ki, bu göstəriciyə görə “Sber” Böyük Britaniyanın ən böyük kredit təşkilatı olan “HSBC”ni keçərək Avropanın ən bahalı bankına çevrilib.

Bununla yanaşı, oktyabrın 6-sı “Sber”in adi səhmləri yenidən rekord vurub – 375.48 rubla çatıb.

Prefləri nəzərə alaraq, Bakı vaxtı ilə 14:25-də şirkətin kapitallaşması 8.2 trilyon rubla çatıb.

 

Bütün xəbərlər