Rusiyadan Azərbaycana gətirilən kartof yararsız çıxdı

11:30 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. "ZE-DENT" MMC tərəfindən Rusiyadan Azərbaycana idxal edilən 40 ton toxumluq kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” - Kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

 

Bütün xəbərlər