Mərkəzi Bank daha bir BOKT-a lisenziya verdi

11:44 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “FNC Bank Olmayan Kredit Təşkilatı” QSC kredit bazarında fəaliyyət göstərmək üçün lisenziya verilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, kredit təşkilatına lisenziya 30 sentyabr 2021-ci il tarixindən təsdiqlənib.

BOKT-un direktoru Ramiz Dadaşov təyin edilib. Ramiz Dadaşov bank sektorunda 18 ildən artıq təcrübəyə malikdir. O, 2020-ci ildə HEC Paris biznes məktəbinin EMBA proqramını bitirib.

Bununla da Azərbaycanda AMB-nin lisenziya təqdim etdiyi BOKT-ların sayı 53-ə yüksəlib.

 

Bütün xəbərlər