“Azərtütün”ün kapitalı artırılıb

12:10 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus (ASK) “Azərtütün” ASC-nin nizamnamə kapitalı 4 milyon 582 min 473 manat və yaxud 29,1% artırılıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, səhmdar cəmiyyətinin kapitalı 15 milyon 748 min 661 manatdan 20 milyon 331 min 134 manata çatdırılıb.

Xatırladaq ki, “Azərtütün” 2018-ci ildən fəaliyyət göstərən "Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin bazasında bu ay yaradılıb.

 

Bütün xəbərlər