AMB valyuta hərracında banklara $67,1 mln. satıb

12:41 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 7-də valyuta hərracında banklara $67,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $6,2 mln və ya 8,46% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $67,1 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər