Bu nazirliyin funksiyaları artırıldı - Fərman

14:32 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edib.

Nazirliyə aşağıdakı yeni funksiyalar həvalə olunub:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil edir və onların icrasına nəzarəti həyata keçirmək;

- Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri və təchizat norması, xüsusi geyim forması və fərqlənmə nişanları ilə, nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.

 

Bütün xəbərlər