330x110
 

Köhnə kassa aparatlarından istifadə edənlər cərimələnəcək

07.10.2021,15:14


7 oktyabr, Fineko/abc.az. Bəzən vergiödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir.

Vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar edilsə, o zaman vergiödəyicisinə Vergi Məcəlləsinə əsasən, maliyyə sanksiyası tətbiq ediləcək.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qəzet və jurnalların satışı (əgər satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti zamanı vergiödəyicisi yeni nəsil kassa aparatlarından istifadə etməyə bilər.