330x110
 

İnternetin keyfiyyəti yüksəldimləli, tariflərə yenidən baxılmalıdır - Nazirlikdə görüş

07.10.2021,16:51


7 oktyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycanda internet xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, görüş iştirakçılarına Azərbaycanda internet təminatının yaxşılaşdırılması, istifadəçilər üçün internetin daha əlçatan olması, mövcud infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib.

Müzakirələr zamanı bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələrini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.