330x110
 

Bu yataqda ilk neft hasilatı 2025-ci ildə həyata keçiriləcək

07.10.2021,17:23


7 oktyabr, Fineko/abc.az. "Qarabağ" yatağında ilkin neft hasilatına 2025-ci ildə başlanılacaq.

ABC.AZ xəbər verir ki, bu SOCAR-ın illik hesabatında əksini tapıb. "Qarabağ" yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanıb və hazırda nəticələr təhlil edilir.

Qeyd olunur ki, "Qarabağ" yatağında dənizin 180 metr dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisi nəzərdə tutulur.

Hazırda layihənin mühəndisi işləri davam etdirilir. "Yataqdan ilkin neft hasilatının yenilənmiş cədvələ əsasən 2025-ci ildə əldə edilməsi nəzərdə tutulmuşdur", - hesabatda deyilir.