Neft bahalaşır, Brent bir barelə $82,97 təşkil edir

09:56 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Cümə günü ticarətdə neftin etalon qiyməti artmaqdadır.

Saat 9:18-də London ICE Futures birjasında satılan Brent markalı neftin dekabr fyuçersi $1,02 (1,24%) bahalaşaraq bir barelə $82,97 təşkil edib. Oktyabrın 7-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersinin qiyməti $0,87 (1,08%) artaraq bir barelə $81,95  təşkil edib.

Saat 9:18-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin noyabr fyuçersinin qiyməti $1,13 (1,44%) artaraq bir barelə $79,43 təşkil edib. Oktyabrın 7-də baş tutmuş hərracların nəticələrinə görə, noyabr ayına fyuçers $0,87 (1,13%) artaraq bir barelə $78,30 təşkil edib.

 

Bütün xəbərlər