“Petkim” və STAR NEZ SOCAR-ın loqolarına keçir

11:35 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, şirkətin fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsviri “SOCAR Turkey”in aktivlərindən olan “Bursagaz” və “Kayserigaz”ın ardınca “Petkim” və STAR neft emalı zavodunun (NEZ) loqolarında da öz əksini tapıb. “SOCAR Turkey” “Tək SOCAR, Tək Alov” yanaşması ilə davam etdirdiyi bu prosesdə “Petkim” və STAR NEZ-in loqolarında da artıq SOCAR-ın alov təsvirli loqosundan istifadə edəcək.

 

Bütün xəbərlər