Tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı - Baş nazir qərar imzaladı

12:03 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu.

 

Bütün xəbərlər