"Fitch" proqnoz verdi - Azərbaycan iqtisadiyyatı böyüyəcək

12:15 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. "Fitch Solutions" şirkəti bu il Azərbaycan iqtisadiyyatının 2,5%, 2022-ci ildə isə 3,3% böyüyəcəyini proqnozlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, neft və qaza dayanıqlı tələbatı nəzərə alaraq, hazırda kontinental Avropada davam edən iqtisadi bərpa prosesləri Azərbaycanın xarici balansının statistikasına müsbət təsir göstərəcək. Lakin yerli bazarda tələb COVID-19 pandemiyası səbəbindən daha yavaş templərlə bərpa olacaq.

 

Bütün xəbərlər