Zooparka giriş qiymətləri belə olacaq - Siyahı

15:01 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, dünən Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

ABC.AZ-ın məlumatına görə, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Bəs görəsən Parka giriş qiymətləri neçə manata olacaq? Artıq qiymətlər də məlum olub. Belə ki, yenidənqurmadan sonra Bakı Zooloji Parkına giriş böyük şəxslər üçün 6 AZN, uşaqlar üçün isə 3 AZN təşkil edəcək.

Qeyd edək ki, bu həftəsonundan etibarən Zooloji Parkın ziyarətçilərin üzünə açılacağı gözlənilir.

 

Bütün xəbərlər