Metrodan istifad təmassız olacaq - Vaxt açıqlandı

15:27 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC gələn ilin I yarısında sərnişinlərə təmassız ödəniş etmək imkanı verəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu layihə üzrə texniki dizayn işləri həyata keçirilir: “Sərnişinlər QR koddan və yaxud mobil telefona yüklənəcək tətbiqdən istifadə etməklə NFC texnologiyası vasitəsilə təmassız ödəniş edə biləcək. Layihə çərçivəsində hətta bank kartları vasitəsilə ödəmələrin edilməsi üzərində düşünülür. Bu sahədə beynəlxalq təcrübə yaxından araşdırılır”.

Bütün xəbərlər