Moody's: 2023-cü il üçün Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti regionda ən aşağı olacaq

16:17 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. "Moody's Investors Service"ə ("Moody's") görə, COVID-19 pandemiyası ərəfəsində Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti təxminən 20% təşkil edib. Bu, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən ölkələr arasında Qazaxıstandan sonra ən yaxşı göstəricidir.

"Moody's Investors Service"ə istinadən xəbər verilir ki, pandemiyaya və aşağı nefti qiymətləri ilə bağlı şoklara baxmayaraq, Azərbaycanın maliyyə buferlərinin düşünülmüş idarəetməsi ölkəni əlavə borclanmadan qurtararaq ümumi dövlət borcunun ÜDM-ə nisbətini 2023-cü ilədək 24-25%-dən çox yüksəlməyə imkan verməyəcək. Nəticədə, bu göstəriciyə görə, ölkə 2023-cü il üçün Qazaxıstanı da qabaqlayaraq region lideri olacaq.

Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatlarına görə, Azərbaycanın ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in təxminən 21,6%-ni təşkil edib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında Azərbaycanın ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləndiyi deyilir.

© Apa

Bütün xəbərlər