330x110
 

Azərbaycan vətəndaşlarının Abu-Dabiyə girişinə karantin tələbi ləğv edilib

08.10.2021,16:51


8 oktyabr, Fineko/abc.az. Azərbaycan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə girişi üçün karantin tələbi ləğv edilib.

Xarici mətbuata istinadən xəbər verilir ki, əmirliyin Mədəniyyət və Turizm Departamentində “yaşıl siyahı"ya daxil olan ölkələrin siyahısını yenilənib.

Qeyd olunur ki, yeni siyahıya Azərbaycan da əlavə olunub.