330x110
 

“AzGranata” MMC-yə yeni rəhbər təyin olunub

08.10.2021,17:32


8 oktyabr, Fineko/abc.az. “AzGranata” MMC-yə yeni  baş icraçı direktor təyin olunub.

ABC.AZ xəbər verir ki, yeni  təyin olunmuş baş icraçı direktor  Ceyhun Bəxtiyarlı ,  bu vəzifədə Şaiq Mirzəyevi əvəz edib.

Qeyd olunur ki, Ceyhun Bəxtiyarlı daha əvvəl Azərbaycanda süd istehsalı ilə ixtisaslaşan “Atena” QSC-nin baş icraçı direktoru direktoru idi. O bu vəzifəyə 2019-cu ilin martından təyin edilsə də, 2018-ci ildən, 2019-cu ilin fevralınadək şirkətin baş kommersiya inzibatçısı kimi çalışmışdır. Daha  öncə isə “Nestle Azərbaycan”ının baş meneceri kimi çalışmışdı.