Neft bahalaşır, Brent bir barelə $83,77 təşkil edir

09:52 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Bazar ertəsi günü ticarət zamanı etalon markaların qiyməti artmaqdadır.

Saat 09:18-də London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $1,38 (1,67%) bahalaşaraq bir barelə $83,77 təşkil edib. Oktyabrın 8-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin fyuçers qiyməti $0,44 (0,54%) artaraq bir barelə $82,39 təşkil edib.

Saat 09:18-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $1,62 (2,04%) artaraq bir barelə $80,97 təşkil edib. Oktyabrın 8 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $1,05 (1,34%) - barel başına $79,35-ə qədər artıb.

 

Bütün xəbərlər