330x110
 

“Xaliq Faiqoğlu” şirkəti məhkəməyə verildi

11.10.2021,11:57


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda əsasən avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC sərnişindaşıma həyata keçirən şirkəti məhkəməyə verib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, şirkət “Xaliq Faiqoğlu” MMC ilə bağlı kommersiya məhkəməsinə müraciət edib.

Müraciətin səbəbi müqavilədən (alqı-satqı) irəli gələn öhdəliklər üzrə mübahisədir. Məsələyə Bakı Apelyasiya Məhkəməsində baxılır. “Xaliq Faiqoğlu” Bakı şəhəri daxilində ictimai sərnişindaşımaları həyata keçirən şirkətdir.