Bu şirkət ləğv edilə bilər - Səhmdarlar toplaşır

15:00 - 11.10.2021


11 Oktyabr, Fineko/abc.az. "Zəyəm Sənaye İstehsal" ASC ləğv edilə bilər.

ABC.AZ xəbər verir ki, 30 noyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi 60A ünvanında “Zəyəm Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə çıxarılacaq məsələlər 2020-ci ilin yekunları ilə əlaqədar hesabatların təsdiq edilməsi.

“Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Mustafayev Rəşid Məmməd oğlunun təklifinin müzakirə edilərək, təklifin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsidir.

 

Bütün xəbərlər