Azərbaycanda prezident seçkilərində səsvermə sona çatdı

11.04.2018,21:06


11 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda saat 8:00-dan etibarən prezident seçkilərində səsvermə başlandı, saat 19:00-da isə səsvermə bitdi.

Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə, bülletenlərin hesablanması həyata keçirilir.

Mərkəzi Seçki Komitəsinin məlumatına görə, səsvermədə  təşkil edilmiş 125 seçki dairəsində 5 314 365 seçicidən 4 milyon nəfərdən çox seçici iştirak edib. Seçkilərə  58 175 yerli və 894 beynəlxalq müşahidəçi müşahidə etmişdir. Həmçinin, gün ərzində səsvermə prosesini, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralardan da izləmək mümkün idi.

Mərkəzi Seçki Komissiyası prezident postuna iddia edən 8 namizədi qeydə alıb. Bunlar, “Yeni Azərbaycan” partiyası tərəfindən irəli sürülən namizəd İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən namizəd Qüdrət Həsənquliyev,  Sosial-Demokrat partiyasının namizədi  Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən namizəd Fərəc Quliyev, "Cəbhəçilərin təşəbbüs qrupu"  partiyasının namizədi Razi Nurullayev, Müasir Musavat partiyasının namizədi Hafiz Hacıyev, müstəqil namizəd Zahid Oruc  və  Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən namizəd Sərdar Məmmədovdur (Cəlaloğlu).

Seçilmiş prezidentin səlahiyyət müddəti 7 il olacaq.

 

 

Açar sözlər: Seçkilər