Dubayda Azərbaycan turizm həftəsi start götürüb - Fotolar

15:28 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Oktyabrın 11-də “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzi təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək. lk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.

Qeyd edək ki, 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

Müəllif: Elmir Murad


Bütün xəbərlər