Dövlət Komitəsi “Səba”-nı cərimələyib - Səbəblər

15:59 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda qida məhsulları istehsalçısı “Səba” Açıq Səhmdar Cəmiyyəti şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Səba” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 31 avqust 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Bütün xəbərlər