Dövlət Komitəsinin xətti ilə büdcə daxilolmaları nə qədər olub?

16:16 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 193 milyon 248 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,3% artaraq 870 milyon 110 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4,2% artaraq 2 milyard 170 milyon 888 min manat, aksizlər üzrə daxilolmalar 16,6% artaraq 120 milyon 544 min manat, yol vergisi üzrə daxilolmalar isə 15,3% artaraq 31 milyon 704 min manat olub.

 

Bütün xəbərlər