Çinin avtomobil şirkətinin satışları kəskin azalıb

16:32 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Çinin Geely şirkətinin avtomobil satışları kəskin azalıb.

ABC.AZ-ın məlumatına görə, bu ilin sentyabr ayında sözügedən şirkətin satışı 103,93 min ədəd təşkil edib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18% azdır. İllik göstəricilərin azalmasına baxmayaraq, sentyabr ayı göstəricisi avqustda qeydə alınan göstəricidən 18% çoxdur.

Hesabatda qeyd edilib ki, COVID-19 pandemiyası və qlobal tədarükün pozulması, sentyabr ayında illik dinamikanın mənfi dinamikasına səbəb olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər