Şəhid ailələri və müharibə iştirakçılarının təqaüdləri 2 dəfə artırılıb

16:47 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Zəfər müharibəsindəki Azərbaycanın möhtəşəm qələbəsi şəhidlərimizin və qazilərimizin hesabına əldə olundu.

ABC.AZ xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, müharibədən sonra Prezident İlham Əliyevin bütün dövlət qurumlarına əsas göstəriş və tapşırıqları şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıların artırılması ilə bağlı oldu.

Nazir bildirib ki, ötən ilin son günlərində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının müavinat və təqaüdlərinin ciddi şəkildə artırılmasına dair qərar verildi:

"Bununla da şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırıldı. Bundan başqa şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və fərdi evlərin verilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanılıb".

 

Bütün xəbərlər