Daha bir rayonda şəhid ailələrinə evlər verildi - Foto

17:11 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanıb.

50 mənzil Samux və Şəmkir rayonlarının bu kateqoriyalardan olan sakinlərinə təqdim edilib.

ABC.AZ xəbər verir ki, tədbirdə Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzilli olduğu bildirilib.

Qeyd olunub ki, müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.

 


Bütün xəbərlər