MSK: Azərbaycanda seçicilərin 74,5% i səs verib

21:42 - 11.04.2018


11 aprel, Fineko/abc.az. Prezident seçkilərində aktivlik 74,51% təşkil edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin direktoru Fərid Orucov bildirib ki, seçkilərdə səsvermədə  5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfər iştirak edib.

“Beləliklə, prezident seçkilərində  74,51% seçici səs verib”, - Fərid Orucov belə deyib.

Bu gün Azərbaycanda saat 8:00-dan  prezident seçkilərində səsvermə başlandı, saat  19:00-da isə səsvermə bitdi.

Mərkəzi Seçki Komissiyası prezident postuna iddia edən 8 namizədi qeydə alıb. Bunlar, “Yeni Azərbaycan” partiyası tərəfindən irəli sürülən namizəd İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən namizəd Qüdrət Həsənquliyev,  Sosial-Demokrat partiyasının namizədi  Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən namizəd Fərəc Quliyev, "Cəbhəçilərin təşəbbüs qrupu"  partiyasının namizədi Razi Nurullayev, Müasir Musavat partiyasının namizədi Hafiz Hacıyev, müstəqil namizəd Zahid Oruc  və  Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən namizəd Sərdar Məmmədovdur (Cəlaloğlu).

Seçilmiş prezidentin səlahiyyət müddəti 7 il olacaq.

 

 

Bütün xəbərlər